18.01.2022 15:16:02
Rusiya və Belarus Silahlı Qüvvələri 10-20 fevral tarixlərində "İttifaq Qətiyyəti - 2022" birgə təlimləri keçirəcək.
Az.rasthaber.com "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, bu barədə məlumatı Belarusun Müdafiə Nazirliyi yayıb.
Qeyd edək ki, daha əvvəl Belarusun Silahlı Qüvvələrinin Baş Qərargahının müavini Pavel Muraveyko bəyan etmişdi ki, Rusiya ilə birgə İttifaq dövlətinin qüvvələrinin və vasitələrinin qəfil yoxlanışı həyata keçiriləcək.
O bildirmişdi ki, tədbirin yekun mərhələsində Belarus və Rusiya "İttifaq Qətiyyəti - 2022" birgə təlimləri keçirəcək.