Rusiya Ümumdünya Turizm Təşkilatından çıxdığını elan edib

Rusiya Ümumdünya Turizm Təşkilatından çıxdığını elan edib

Rusiya Hökuməti Rusiya Xarici İşlər Nazirliyinin ölkənin Ümumdünya Turizm Təşkilatından çıxması ilə bağlı təklifini qəbul edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, müvafiq sərəncam hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

"Rusiya Federasiyasının beynəlxalq müqavilələri haqqında" federal qanunun 36-cı maddəsinə uyğun olaraq, Rusiya Xarici İşlər Nazirliyinin Rusiya Federasiyasının Ümumdünya Turizm Təşkilatından çıxması ilə bağlı federal icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təklif qəbul edilsin" deyə sərəncamda bildirilir. 

Aprelin 27-də Rusiya fəaliyyətini siyasiləşdirdiyinə görə Ümumdünya Turizm Təşkilatından çıxmaq niyyətini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR