4.03.2022 14:02:44
Xorvatiyanın hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağırılıb.
Az.rasthaber.com "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, hərbi attaşeyə Ukraynaya Polşa vasitəsilə Xorvatiyadan 200-ə yaxın muzdlunun gəldiyi bildirilib.
Qeyd olunub ki, Xorvatiyadan gələn muzdlular Ukraynanın cənub-şərqindəki milliyyətçi batalyonların tərkibinə daxil olub.
Bildirilib ki, Ukraynaya gələn əcnəbi muzdlular Rusiya Ordusuna qarşı diversiya və hücumlar törədir və bütün bu hücumlar Qərbin Ukraynaya verdiyi silahlar - "Javelin", NLOW və Stinger silahları vasitəsi ilə həyata keçirilir.
Rusiya Müdafiə Nazirliyi bununla bağlı Ukraynaya gəlmək istəyən xarici vətəndaşlara xəbərdarıq edib: "Kiyevin milliyyətçi rejimi üçün Ukraynaya gəlməyi planlaşdıran xarici dövlətlərin vətəndaşlarını səfərdən öncə yeddi dəfə düşünməyə çağırırıq".
Həmçinin vurğulanıb ki, Ukraynaya gələn heç bir qərbli muzdlunun hərbi əsir statusuna haqqı olmayacaq.