21.04.2022 13:46:03
Rusiya Silahlı Qüvvələrinin və “LXR”-in xalq milisləri tərəfindən millətçilərin istehkam ərazisinə çevirdiyi Kremennaya şəhəri tam nəzarət altına alınıb, şəhər infrastrukturu obyektlərinin və yaşayış binalarının ciddi şəkildə dağılmasının qarşısı alınıb.
Az.rasthaber.com "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov brifinqdə bildirib.
Kremennaya Donbasdakı hərbi əməliyyatlar zonasında strateji əhəmiyyətli şəhərdir. Kremennaya nəzarət hələ də döyüşlərin getdiyi Rubejnoye şəhərinə düşmənin arxa mövqelərindən girməyə imkan verəcək.
“Rusiya Silahlı Qüvvələrinin və “Luqansk Respublikası”nın xalq milislərinin bölmələri Ukrayna millətçilərinin istehkam ərazisinə çevirdiyi Kremennaya yaşayış məntəqəsini tam nəzarət altına alıblar. Hücum dəstələrinin çevik və hazırlanmış hərəkətləri nəticəsində şəhər infrastrukturu obyektlərinin və yaşayış binalarının ciddi şəkildə dağılmasının qarşısı almaq mümkün olub”, - deyə Konaşenkov bildirib.
Konaşenkov bildirib ki, Rusiyanın raket qüvvələri və artilleriyası bir gün ərzində Ukraynanın 1001 hərbi obyektinə zərbələr endirib.
“Raket qoşunları və artilleriya bir gün ərzində Ukraynanın 1001 hərbi obyektinə zərbələr endirib”, - deyə Konaşenkov qeyd edib.