6.03.2022 18:52:25
Rusiya müdafiə nazirliyi Ukraynadakı son vəziyyət barədə məlumat yayıb.
Az.rasthaber.com "Sputnik"ə istinadən xəbər verir ki, əməliyyat başlayandan Rusiya ordusu Ukraynanın hərbi ifrastrukturunun 2203 obyekti məhv edib.
Ölkə Silahlı qüvvələri 6 martda yüksək dəqiq silah sistemlərindən zərbə ilə Ukrayna HHQ Starokonstantinov aerodromunu sıradan çıxarıb. Hava hücumundan müdafiə qüvvələri Jitomir, Radomişl və Nejin ətrafında 5 Su-27, iki Su-25 və bir MiQ-29 təyyarəsi vurublar.
Qeyd olunub ki, Rusiya ordusu ümumilikdə yerdı və səmada 93 təyyarə məhv edib, bundan başqa 778 tank və digər zirehli texnika sıradan çıxarılıb. Rusiya raket qüvvələri Ukraynanın daha bir S-300 raket kompleksini məhv edib. Sutka ərzində Rusiya hava qüvvələri Kiyev ətrafında iki Mİ-8 helikopterini vurub. Bundan əlavə, “Bayraktar TB-2” daxil, daha altı PUA məhv edilib.