Ukrayna Ordusu tədarük edilmiş 31 ədəd ABŞ istehsalı “Abrams” tankından artıq təxminən 20-sini itirib.
Az.rasthaber.com xəbər verir ki, bu barədə “Military Watch Magazine” bildirilib.
“Ən son itkilərlə birlikdə Ukraynada məhv edilmiş “M1A1 Abrams” tanklarının ümumi sayı 20-yə çatıb. (Ukraynada ümumilikdə) 31 (“Abrams”) tank(ı) tədarük edilmişdi. Bütün itkilər son 6 ayda baş verib”, - deyə qeyd edilib.
Məlumata görə, Ukrayna hərbçiləri tankın istismarı ilə bağlı yaşanan texniki problemlərin sayınnı artdığı, həmçinin bu tankların Rusiya tərəfinin PUA-ları qarşısında zəif olduğunu deyirlər