Rusiya Türkiyədə daha bir AES-də tikə bilər

Rusiya Türkiyədə daha bir AES-də tikə bilər

Rusiya Türkiyədə ikinci atom elektrik stansiyasını (AES) inşa edə bilər.

Az.rasthaber.com xəbər verir ki, bu barədə "Rosatom" dövlət korporasiyasının başçısı Aleksey Lixaçov bildirib.

Qeyd edilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən məsələ ilə bağlı "Rosatom"a təklif göndərilib.

Lixaçov deyib ki, hazırda təklif ilə bağlı Rusiya hökuməti səviyyəsində məsləhətləşmələr aparılır.

Onun sözlərinə görə, Ərdoğan daha bir AES-in tikintisi məsələsini Rusiya prezidenti Vladimir Putinlə müzakirə edib.

Xəbəri paylaş

VİDEOLAR