Rusiya, Türkiyə, İran və Suriya XİN rəhbərlərinin müavinlərinin görüşü planlaşdırılır

Rusiya, Türkiyə, İran və Suriya XİN rəhbərlərinin müavinlərinin görüşü planlaşdırılır

Yaxın vaxtlarda Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin müavinlərinin görüşü baş tutacaq.

Az.rasthaber.com APA-ya xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

"Biz görüşə hazırlaşırıq. Düşünürəm ki, bu, tezliklə baş tutacaq. Buna ümid edirik. İndi Ramazan bayramıdır. Çoxlu digər məqamlar var. Amma iş davam edir. Ümid edirik ki, çox mühüm strateji məqsədə - Suriya-Türkiyə münasibətlərinin normallaşmasına yönəlmiş vasitəçilik missiyamız ümumi uğurumuzla başa çatacaq", - deyə rusiyalı diplomat vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR