Suriya ordusu İdlib üzərindəki hava sahəsini bağlı elan edib.
Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, İdlib üzərindəki hava sahəsi bağlandıqdan sonra Rusiya Suriyada türk aviasiyasının uçuşlarının təhlükəsizliyinə zəmanət verə bilməz.
Suriyada düşmən tərəfləri barışdırma mərkəzinin rəhbəri kontr-admiral Oleq Juravlyov belə bir bəyanata çıxış edib.
Kontr-admiral xatırladıb ki, Suriya hakimiyyəti əyalət üzərindəki hava məkanında vəziyyətin gərginləşməsindən sonra bu addımı atmağa məcbur olublar.
Suriya ordusu İdlib üzərindəki hava sahəsini bağlı elan edib.
Bu barədə Suriya ordusunun rəhbərliyi məlumat yayıb.
Məlumata əsasən, bu ərazidəki bütün hədəflər düşmən hesab olunaraq vurulacaq.
Türkiyə fevralın 27-də Suriyanın İdlib vilayətində 36 hərçisinin şəhid edilməsindən sonra "Bahar qalxanı" əməliyyatına başlayıb.