Rusiya Talibanı tanımağa tələsmədiyini açıqladı

Rusiya Talibanı tanımağa tələsmədiyini açıqladı

Rusiyanın BMT-dəki daimi nümayəndəsi jurnalistlərə deyib ki, Moskva "Taliban"ın Əfqanıstanı BMT-də təmsil etməsinə icazə verməyə hazır deyil.

Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia Moskvanın "Taliban"ın Əfqanıstanı BMT-də təmsil etməsinə icazə verməyə hazır olmadığını bildirib və əlavə edib ki, heç kim "Taliban"ı tanımağa tələsmir.   O, mətbuat konfransında jurnalistlərə deyib:

"Tanınma məsələsi o zaman yaranır ki, beynəlxalq ictimaiyyət "Taliban" hakimiyyətinin verdiyi vədlərin və öhdəliklərin yerinə yetiriləcəyinə əmindi".

O, "Taliban"ın həyata keçirməyi öhdəsinə götürdüyü məsələlərə, o cümlədən insan hüquqlarına, xüsusilə də qadınlar və qızlara aid məsələlərə, həmçinin terrorizm və narkotiklərlə mübarizəyə toxunub.

Xəbəri paylaş

VİDEOLAR