Nəticədə 3 rusiyalı hərbçi yüngül yaralar alıb.
Rasthaber Azərbaycan RİA-ya istinadən xəbər verir ki, Suriyanın İdlib əyalətində Rusiya hərbi polisinə məxsus zirehli transportyor (ZTR) atəşə tutulub.
Nəticədə 3 rusiyalı hərbçi yüngül yaralar alıb.
Bu barədə Suriyadakı Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbər müavini kontr-admiral Vyaçeslav Sıtnik məlumat verib.
İnsident ötən gün 15:45 radələrində İdlib deeskalasiya zonasının cənub-şərqində yerləşən Trumba yaşayış məntəqəsi yaxınlığında “Türkiyə müşahidə məntəqəsinin təhlükəsiz çıxarılmasının təminatı zamanı” baş verib.
Hücum terrorçuların nəzarətindəki ərazidən tank əleyhinə idarəolunan raket vasitəsi ilə həyata keçirilib.
Xəsarət alanlar hərbi hospitala çatdırılıblar.
Hücum edən terrorçuların müəyyən edilməsi istiqamətində işlər aparılır.