Rusiyanın hava hücumundan müdafiə sistemləri son sutka ərzində Ukraynaya məxsus 36 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Az.rasthaber.com rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Rəsmi məlumata əsasən, hücumlar 11 aprel saat 20:00-dan (Moskva vaxtı ilə) 12 aprel saat 06:30-a qədər olan müddətdə qeydə alınıb. Bu zaman Rusiyanın müxtəlif bölgələri üzərində təyyarə tipli PUA-lar hava məkanına daxil olub və zərərsizləşdirilib.
PUA-ların bölgələr üzrə bölgüsü belə olub: 18-i Kursk vilayətində, 13-ü Rostov ərazisində, 2-si Orlov və Belqorod vilayətləri üzərində, 1-i isə Krasnodar diyarında vurulub.