15.04.2022 13:25:44
Rusiya gəmisi Kiyevin ətrafındakı hərbi zavoda "Kalibr" raketləri atıb.
Az.rasthaber.com "Sptnik Azərbaycan"a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
"Bu gecə yüksək dəqiqliyə malik, uzaqmənzilli, dəniz bazası olan "Kalibr" raketləri ilə Kiyevin kənarındakı hərbi obyektə zərbələr endirilib. Zərbələr nəticəsində "Julyanski" maşınqayırma zavodunda "Vizar" uzaq və ortamənzilli zenit-raket komplekslərinin, habelə gəmi əleyhinə raketlərin istehsalı və təmiri sexləri məhv edilib", - deyə general bildirib.
O vurğulayıb ki, "Kiyevdəki hədəflərə raket zərbələrinin sayı və miqyası Kiyev millətçi rejiminin Rusiya ərazisində terror xarakterli hər hansı hücum və ya təxribat törətməsinə cavab olaraq artırılacaq".