Rusiya “Şimal axını” ilə Avropaya qaz nəqlini dayandırıb

Rusiya “Şimal axını” ilə Avropaya qaz nəqlini dayandırıb

Rusiya “Şimal axını” boru kəməri ilə Aİ-yə qaz nəqlini dayandırıb.

Az.rasthaber.com xəbər verir ki, İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, “Qazprom” “Şimal axını” boru kəməri ilə Aİ-yə qaz nəqlini tamamilə dayandırıb.

Bu səhər saat 05:00-dan etibarən qaz axınının tamamilə dayandırıldığı bildirilən xəbərdə bildirilib:

"Əvvəlcədən elan edilmiş bağlanma 3 gün davam edəcək. “Qazprom”un açıqlamasında bildirilir ki, Portova stansiyasında hələ də istismarda olan yeganə qaz kompressor qurğusunun təmiri üçün qaz kəsilib".

Məlumata görə, qaz nəqli 3 gündən sonra yenidən başlayacaq.

Xəbəri paylaş

VİDEOLAR