Bu barədə Rusiya XİN məlumat verib.
Rasthaber Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya diplomatik missiyasının avtomobili Kabulda partlayışa məruz qalıb.
Bu barədə Rusiya XİN məlumat verib.
Qeyd edilir ki, avtomobildəki səfirlik işçiləri yüngül kontuziya alıblar.
İlkin qiymətləndirməyə əsasən, hücum diplomatik maşının önündə hərəkət edən Əfqanıstanın təhlükəsizlik qüvvələrinə məxsus pikapa qarşı olmalı imiş.
“Lakin terror aktının Rusiya vətəndaşlarına qarşı yönəlmiş olmasını da istisna etmək olmaz”, – deyə əlavə edilib.
Rusiya XİN Əfqanıstandan hadisənin araşdırılmasını və rusiyalı diplomatların təhlükəsizliyinin təminatı üçün əsaslı addımlar atmağı tələb edib.