Rusiya səfiri Putinin məktubunu Ayətullah Xameneiyə verilməsi üçün Vilayətilə görüşüb

Rusiya səfiri Putinin məktubunu Ayətullah Xameneiyə verilməsi üçün Vilayətilə görüşüb

Rusiyanın İrandakı səfiri İslam İnqilabının Böyük Rəhbərinin müşaviri ilə görüşdə Rusiya prezidentinin məktubunu ona təqdim edib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Rusiyanın Tehrandakı səfiri Levan Caqaryan Tehranda İslam İnqilabının Böyük Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti ilə görüşdə Rusiya prezidenti Vladimir Putinin məktubunu ona təqdim edib.

Vilayəti bu görüşdə Rusiya və İranı mühüm dostlar və sabit qonşular adlandırıb və iki ölkə arasındakı strateji əlaqələr, mədəni, iqtisadi və ticari həmkarlıqların böyük keçmişini iki ölkənin müxtəlif sahələrdəki strateji münasibətlərinin davam etməsində mühüm amil olduğunu deyib.

Rusiyanın İrandakı səfiri də bu görüşdə iki ölkə əlaqələrinin inkişafda olan prosesindən razılıq edərək deyib: "Rusiya ilə İran arasındakı ikitərəfli əlaqələri gücləndirib, möhkəmləndirmək, qarşılılqlı əməkdaşlıqlar və münasibətlərin davam etməsinə gətirib çıxarıb və iki ölkə, münasibətlərin yüksəlişi istiqamətində təsirli addımlar atıb."

Xəbəri paylaş

VİDEOLAR