Rusiya rəsmisi HƏMAS lideri ilə İsrailin Qəzzaya hücumunu müzakirə edib

Rusiya rəsmisi HƏMAS lideri ilə İsrailin Qəzzaya hücumunu müzakirə edib

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə ilə Qəzzadakı vəziyyəti müzakirə edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-dən məlumat verilib.

Bildirilib ki, Boqdanov Həniyyə ilə Qəzza zolağındakı vəziyyəti müzakirə edib və Rusiyanın sakitliyin bərpası lehinə mövqeyini açıqlayıb.

Rusiya tərəfi Qəzza ətrafında atəşkəs rejiminin dərhal bərpası ilə bağlı mövqeyini bir daha bəyan edib və vasitəçilik səylərini alqışlayıb.

Bildirilib ki, Fələstin tərəfinin təşəbbüsü ilə avqustun 7-də Rusiya prezidentinin Yaxın Şərq və Şimali Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə arasında telefon danışığı olub.

Rusiya tərəfindən 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasının zəruriliyi vurğulanıb.

Qeyd edək ki, dünən axşam, bazar günü Misirin vasitəçiliyi ilə gecə saat 11:30-da başlayan atəşkəs razılaşması nəticəsində İsraillə "İslami Cihad" hərəkatı arasında atəşkəs qüvvəyə minib.

Xəbəri paylaş

VİDEOLAR