Rusiya Qolan yüksəkliklərinin İsrail rejimi tərəfindən işğalını və ora üzərində öz "hökmranlığını" bərqərar etməklə bağlı istənilən cəhdini qəbul etmir.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin 1-ci müavini Dmitri Polyanski bildirib.
"Biz Rusiyada İsrailin (İsrail tərəfindən) işğal edilmiş Qolanda yaşayış məntəqələri salmaq fəaliyyətinin genişləndirilməsi planları ilə bağlı narahatıq. Bu, 1949-cu il tarixli Cenevrə konvensiyasına ziddir və onun müddəalarının pozulmasıdır", - deyə o qeyd edib.
Polyanski əlavə edib ki, Rusiya sionist rejimin Suriyanın ayrılmaz hissəsi olan Qolan üzərindəki "hakimiyyətini" tanımır.