"Rusiya qlobal internetin söndürülməsinə hazırlıqlıdır"

Rusiyanı qlobal internetdən ayırmaq mümkün deyil, lakin bu baş versə belə, yerli internet işləyəcək.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O əlavə edib ki, Rusiya özü interneti söndürmək fikrində deyil: “Əgər internet kənardan söndürülsə, o zaman yerli resurslar işləyəcək və biz qlobal internetə birləşdiricilərin inşasını başa çatdıracağıq”, - Kremlin sözçüsü vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR