Rusiya pravoslavlarının liderindən Qarabağ çağırışı etdi

Rusiya pravoslavlarının liderindən Qarabağ çağırışı etdi

O, bütün ermənilərin baş patriarx-katolikosu II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə müraciət edib

Rasthaber Azərbaycan RİA-ya istinadən xəbər verir ki, Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Ermənistan və Azərbaycan arasındakı atəşkəs rejiminin uzadılmasına dair çağırış edib.

“Hər iki ölkənin dövlət rəhbərliyinə məsələlərin həllini siyasi istiqamətə çevirmək üçün (müvəqqəti) sülhdən istifadə etmələri çağırışı ilə müraciət edirəm. İki qonşu xalqın gələcəyi üçün atəşkəs rejimini uzatmağa və onu sülh danışıqları üçün istifadə etməyə səsləyirəm”, – deyə o bildirib.

O, bütün ermənilərin baş patriarx-katolikosu II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə müraciət edib və münaqişənin dayandırılması üçün ayrılıqda və birlikdə səy göstərməyə səsləyib.

O, bütün münaqişə tərəflərini “bir-birilərinə rəhm etmək” və “qan ədavətinin dinc gələcək üçün dayanması” çağırışı da edib.

Xəbəri paylaş

VİDEOLAR