Rusiya PKK/YPG-dən 7 gün istədi

Rusiya PKK/YPG-dən 7 gün istədi

Suriyanın şimal-şərqində yerləşən Hasakada hökumət qüvvələri və PKK/YPG terror təşkilatı arasında meydana gələn problemlərin aradan qaldırılması üçün Rusiya kürd yaraqlılarından 1 həftə vaxt istəyib.

Rasthaber Azərbaycan  Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda Rusiya yanvarın 8-dən başlayan Əsəd qüvvələri ilə terrorçular arasında qarşılıqlı həbslər və toqquşmalardan sonra vasitəçilik missiyasını həyata keçirir.

PKK/YPG terrorçuları Əsəd qüvvələrindən Hasakanı yanvarın 20-nə qədər tərk etməyi tələb etmişdilər. Bundan sonra tərəflərin Qamışlıda baş tutan danışıqları nəticəsiz qalınca, Rusiya məsələnin həlli üçün 1 həftə zaman istəyib.

Terrorçular hökumət qüvvələrinin bir dayaq nöqtəsini ələ keçirib, Hasakanın və Qamışlının mərkəzindəki ordu bölmələrini mühasirəyə alıblar. Kürd yaraqlıları Bəşər Əsədə sadiq birləşmələrin bölgəni tərk etməyəcəyi təqdirdə ciddi qarşıdurmanın meydana gələcəyini bildiriblər.

Hazırda hökumət qüvvələri bölgədəki əksər inzibatı binalara, o cümlədən Qamışlıdakı hava limanına nəzarət edirlər.

Xəbəri paylaş

VİDEOLAR