Rusiya ordusu təslim olan 82 ukraynalı əsgəri Sevastopol şəhərinə apardı - VİDEO

Rusiya ordusu təslim olan 82 ukraynalı əsgəri Sevastopol şəhərinə apardı - VİDEO

Zmeiniy adasında təslim olan ukraynalı sərhədçilərin 80-dən çoxu Sevastopola köçürülüb

Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, bu barədə şənbə günü Rusiyanın Qara Dəniz Donanmasının komandirinin müavini Mixail Yasnikov məlumat verib.

O, Zmenyi adasında təslim olan ukraynalı sərhədçilərin 80-dən çox əməkdaşının Sevastopola köçürüldüyünü açıqlayıb.

Yasnikov jurnalistlərə deyib: "Bu gün 82 nəfərlik əsgər qrupu Zmenyi adasından dəniz yolu ilə xüsusi gəmidə daşınaraq Sevastopola çatdırılıb. Onlar bu gün silahı yerə qoymağı seçərək, ailələrinin yanına qayıtmaq qərarına gəliblər".

“Biz Ukrayna sərhədçilərinin qərarına hörmətlə yanaşdıq və buna görə onların hərbi əməliyyatlar zonasını tərk etmələri üçün təhlükəsiz keçid yaradılıb”, deyə, o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR