Rusiya: Nüvə müharibəsi riski çoxalıb

Rusiya: Nüvə müharibəsi riski çoxalıb

Rusiya xarici işlər naziri Sergey Lavrov bu haqda danışıb

Rasthaber Azərbaycan “Russia Today”-a istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, son zamanlar nüvə müharibəsi riski artıb, təhlükəsizlik sahəsindəki vəziyyət pisləşir.

 

“Razıyam ki, nüvə riski son zamanlar ciddi şəkildə artıb, təhlükəsizlik sahəsindəki vəziyyət, beynəlxalq strateji sabitlik açıqcasına geriləyir”, – deyə o qeyd edib.

O bildirib ki, bunun səbəbləri ABŞ-ın özünə qlobal hakimliyi geri qaytarmaq və “böyük dövlətlərin rəqabətindən” qalib olaraq ayrılmaq istəyidir.

 

“Onlar strateji sabitlik terminindən imtina edərək, bunu strateji rəqabət adlandırırlar. Onlar qalib gəlmək istəyirlər”, – deyə o əlavə edib.

 

Onun sözlərinə görə, 2 ildir ki, ABŞ nüvə müharibəsində qalibin olmaması və müvafiq olaraq, belə bir müharibənin heç vaxt başladılmamalı olmasına dair postulatı yenidən təsdiqləmək istəmir, bu isə, narahatlığa səbəb olur.

 

Lavrov bildirib ki, 2018-ci ilin payızının əvvəlindən Rusiyanın kağız üzərində rəsmiləşdirdiyi təklif “ABŞ tərəfinin masasının üzərindədir”.

 

“Müntəzəm şəkildə xatırladırıq. Deyirlər ki, bu mövzunu hələ gözdən keçirirlər… Biz qarşıdan gələn “beşlik” sammiti çərçivəsində nüvə müharibəsinin yolverilməzliyi, oradan qalib ayrılmağın mümkünsüzlüyü mövzusunu qabardacağıq”, – deyə o qeyd edib.

 

 

(mənbə)

Xəbəri paylaş

VİDEOLAR