Rusiya ən müasir silahlara malikdir!

Rusiya ən müasir silahlara malikdir!

Bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

Rasthaber Azərbaycan “Russia Today”-a istinadən xəbər verir ki, müasir tarixində ilk dəfə olaraq Rusiya hazırda mövcud olan bütün silahları xarakteristikalarına görə dəfələrlə üstələyən ən mükəmməl silaha sahibdir.

Bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

“Onillər ərzində biz həmişə geidən gələn rolunda olmaq məcburiyyətində idik… Bu, atom, nüvə silahlarına, sonra strateji aviasiya, daha sonra qitələrarası raket texnikasına da aid idi… Bu, hər zaman ölkəni çətin, hətta təhlükəli vəziyyətə salırdı”, – deyə Putin qeyd edib.

Onun sözlərinə görə, “hazırda, ən müasir tariximizdə ilk dəfə olaraq, Rusiya gücünə, qüdrətinə, sürətinə, dəqiqliyinə görə bütün mövcud olmuş və bu gün mövcud olan silahları dəfələrlə geridə qoyan ən müasir silahlara sahibdir”.

“Belə bir silah dünyada heç kəsdə yoxdur, hər bir halda, hələ yoxdur”, – deyə o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR