Rusiya Müdafiə Nazirliyi Ukraynanın itkilərini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynanın itkilərini açıqlayıb

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukrayna ordusunun Donetskdəki yeraltı komandanlıq mərkəzinin döyüş təyyarəsindən atılan “Kinjal” raketi ilə vurulduğunu bildirib.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, İqor Konaşenkov Rusiya ordusunun Ukraynadakı müharibədəki hərəkətləri ilə bağlı açıqlamalar verib.

Gün ərzində Ukraynadakı hədəfləri raketlərlə vurduqlarını ifadə edən Konaşenkov “Ukrayna ordusunun yaxşı gizlədilən yeraltı komandanlıq mərkəzi Donetsk bölgəsindəki Çasov Yar qəsəbəsi yaxınlığında döyüş təyyarəsindən atılan “Kinjal” raketi ilə məhv edilib" deyib.

Havadan atılan yüksək dəqiqiqli raketlərlə Donetsk bölgəsində “Toçka-U” raket sistemi, yeraltı bunkerdə gizlədilən iki çoxlüləli reaktiv yaylım atəşi sistemi, iki kamuflyajlı silah və hərbi texniki maşınla Ukrayna silahlı qüvvələrini və onların müxtəlif yerlərdəki düşərgələrini yüksək dəqiqliklə məhv etdiklərini bildirən Konaşenkov Donetsk bölgəsinə istiqamətli atışlarda 300-ə yaxın Ukrayna silahlı qüvvələrinin zərərsizləşdirildiyini bildirib.

Konaşenkov bəyan edib ki, Su-27 Ukrayna döyüş təyyarəsi də vurulub.

Rusiya Hərbi Hava Qüvvələrinin Ukraynanın 42 hərbi obyektini məhv etdiyini qeyd edən mətbuat katibi Konaşenkov “Ukrayna ordusuna məxsus bu günə qədər 130 təyyarə, 99 helikopter, 243 hava hücumundan müdafiə raket sistemi S-300, Buk-M1, Osa AKM, 441 pilotsuz uçuş aparatı, 2 min 132 tank və zirehli texnika, 241 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 913 haubitsa və minaatan, 2 min 28 şəxsi hərbi maşın məhv edilib” deyib.

Xəbəri paylaş

VİDEOLAR