Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanın sabah Tehrana səfər edəcəyi açıqlanıb.
Az.rasthaber.com xəbər verir ki, İran Mərkəzi Bankının sədr müavini Muhsin Kərimi Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanın sabah Tehrana səfər edəcəyini açıqlayıb.
Kərimi deyib: "İran sabah Rusiya Mərkəzi Bankının sədrini qəbul edəcək və maliyyə və bank əməkdaşlığı sazişi üzrə danışıqlar aparılacaq".
İran və Rusiya bankları Qərbin sanksiyalarına qarşı əməkdaşlıq edir. Bu çərçivədə bu yaxınlarda Rusiya bankı ilk dəfə İranda nümayəndəlik açıb.
İki ölkə arasında əldə olunan razılaşmalara əsasən, iki İran bankının Rusiyada nümayəndəlik açacağı gözlənilir.