Rusiya Litvanın iki, Latviyanın 1 vә Slovakiyanın üç diplomatını arzuolunmaz şәxs elan edib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda Litvanın Rusiyadakı sәfiri Eitvydas Bayarunas, Latviyanın Rusiyadakı sәfiri Maris Riekstinş vә Estoniyanın Rusiyadakı Sәfirliyinin müşaviri Piret Reintamm Bennonun nazirliyә çağırıldığı vә onlara rusiyalı diplomatların bu ölkәlәrdәn әsassız şәkildә deportasiya edilmәsinә sәrt reaksiya göstәrildiyi bildirilib.
Rәsmi Vilnus, Riqa vә Talinin Rusiyaya qarşı yol izlәmәyә davam etdiyi bildirilәn bәyanatda bu Baltikyanı ölkәlәrin Çexiya ilә Rusiyaya qarşı hәmrәy olduqlarına diqqәt çәkilib.
Bәyanatda hәmçinin vurğulanıb ki, arzuolunmaz şәxs elan edilәn sözügedәn diplomatlar 7 gün әrzindә Rusiyanı tәrk etmәlidirlәr.
Estoniyanın Rusiyadakı sәfiri Lubomir Rehakın da Rusiyanın Xarici İşlәr Nazirliyinә çağırıldığı vә ona nota verildiyi bildirilib. Sәfirә Slovakiyadakı 3 rus diplomatın absurd və uydurma ittihamlarla arzuolunmaz şәxs elan edildiyi çatdırılıb. Estoniyanın 3 diplomatının buna cavab olaraq arzuolunmaz şәxs elan edildiyi bildirilәn bәyanatda qeyd olunub ki, diplomatlar mayın 5-dәk Rusiyanı tәrk etmәlidirlәr.