Rusiya: Koronavirus əleyhinə daha 26 peyvənd hazırlanır

Rusiya: Koronavirus əleyhinə daha 26 peyvənd hazırlanır

Rusiyada 17 elmi müəssisədə koronavirus əleyhinə yeni peyvəndlər hazırlanır

 RİA-ya istinadən xəbər verir ki, Rusiyada 17 elmi müəssisədə koronavirus əleyhinə 26 variantda vaksin hazırlanır.

Bu barədə Rusiya İstehlakçıların hüquqlarının müdafiəsi və İnsanların rifahı üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) başçsı Anna Popova məlumat verib.

Onun sözlərinə görə, pandemiya ilə mübarizədə mühüm vəzifə effektiv vaksin preparatlarının hazırlanmasıdır.

“Bu gün Rusiyada 17 elmi təşkilatda 26 variantda hazırlanır. İlk iki vaksin artıq qeydiyyatdan keçirilib”, – deyə o bildirib.

Xəbəri paylaş

VİDEOLAR