İsrailin İrana hücumu regionu “böyük miqyaslı nüvə fəlakətinə” doğru sürükləyir.
Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının İran ətrafındakı vəziyyət üzrə təcili iclasda çıxışı zamanı bəyan edib.
“Biz İsrailin regiondakı yeni, ən təhlükəli və məsuliyyətsiz, üstəlik bu dəfə regionu miqyaslı nüvə fəlakətinə sürükləyən avantürasını müzakirə etmək məcburiyyətindəyik“, – deyə o qeyd edib.
Nebenzya deyib ki, İran ərazisinə və onun nüvə infrastrukturuna qarşı hücumlar heç cür əsaslandırıla bilməz.
Rus diplomat bildirib ki, beynəlxalq ictimaiyyət bu cür təxribatların müqabilində biganə qalmamalıdır.
O əlavə edib ki, İranın nüvə proqramına qarşı güc tətbiqi legitim və effektiv ola bilməz.
Nebenzya həmçinin vurğulayıb ki, İsrailin bu hücumları BMT Nizamnaməsinin və beynəlxalq hüququn xüsusi kobudluqla pozulmasıdır.
O, İsrailin öz hücumunu əsaslandırmaq üçün gətirdiyi bəhanələri əsassız adlandırıb.
“Bütün bu hərəkətlərin məsuliyyətini İsrail rəhbərliyi və onu təşviq edənlər daşıyır“, – deyə o əlavə edib.
O bildirib ki, İsrailin bu hərəkələri İranın dinc nüvə proqramı ətrafındakı gərginliyin azaldılması üzrə səylərin pozulmasına yönəlib.
Nebenzya hesab edir ki, Beynəlxalq Nüvə Enerjisi Agentliyinin Baş direktoru Rafael Qrossi İsrailin İrana hücumununun fəsadlarını İslam Respublikasındakı radioloji vəziyyət nöqteyi-nəzərindən obyektiv qiymətləndirəcək.
Rus rəsmi əlavə edib ki, İsrailin bu avantürası Agentliyin əməkdaşlarının həyat və sağlamlıqlarını da risk altına atıb.