Rusiya İŞİD-in gizli anbarlarını aşkarladı

Rusiya İŞİD-in gizli anbarlarını aşkarladı

Rusiya ordusunun rəsmisi bildirib ki, sözügedən ərazidə ilin əvvəlindən terrorçuların aktivliyi artmışdı.

 Rasthaber Azərbaycan xəbər verir ki,  Suriya ordusu ilə Rusiya PUA-ları Homs əyalətində əməliyyat keçirib.

Əməliyyat zamanı İŞİD terror təşkilatı üzvlərinin Homs və Deyr-əz-Zorda istifadə etdikləri iri gizli anbarları aşkar edilib.

Səhralıq ərazidəki gizli anbar isə üzərində iriçaplı pulemyotlar olan 2 “pikap” üzərindəki 4 İŞİD terrorçusu tərəfindən mühafizə edilirdi. Əməliyyat zamanı həmin terrorçular məhv edilib.

Gizli anbarda çox sayda silahlar, əl və iriçaplı pulemyotlar, qumbaraatanlar, tankəleynihə idarə edilən raketlər, təxminən 40 kq partlayıcı maddə və 22 mindən çox döyüş sursatı aşkar edilib. Maraqlıdır ki, həmin silah-sursatlar arasında NATO ölkələri tərəfindən istehsal edilənləri də var.

Bundan başqa təxminən 45 kq müxtəlif dərmanlar, həmin dərmanların bir qisdmi xaricdən gətirilib, həmçinin 350 kq ərzaq aşkar edilib.

Rusiya ordusunun rəsmisi bildirib ki, sözügedən ərazidə ilin əvvəlindən terrorçuların aktivliyi artmışdı.

O əlavə edib ki, terrorçuların səhra ərazisində gizli hərəkət edə biləmələrinin mümkün səbəblərindən biri “ABŞ koalisiyasının nəzarətindəki ət-Tanf zonası ərazisində gizlənə bilmələridir”.

Xəbəri paylaş

VİDEOLAR