Rusiya iş adamları sanksiyalardan yayınmaq yollarını iranlı həmkarlarından öyrənir

Rusiya iş adamları sanksiyalardan yayınmaq yollarını iranlı həmkarlarından öyrənir

“Rusiya biznesmenləri sanksiya şəraitində yaşamaq və iş görmək yollarını öyrənmək üçün İrana gedirlər.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Britaniyanın Financial Times son hesabatında yazıb.

Britaniyanın Financial Times qəzeti bu yaxınlarda Qərbin sanksiyalarının rusların həyatına təsirini araşdıran hesabat dərc edərək yazıb ki, rusiyalı iş adamları sanksiyalar altında necə yaşamağı öyrənmək üçün İrana səfər edirlər.

Xəbərdə iranlı bələdçilərdən birinə istinadla deyilir: “Əvvəllər İranın incəsənəti, mədəniyyəti və yeməkləri haqqında daha çox öyrənmək üçün İrana səfər edən rusiyalı turistlər indi iranlıların sanksiyalar şəraitində necə hərəkət etdiklərini bilmək üçün bura səfərə gəlirlər.”

İranlı mənbələrin sözlərinə görə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatından sonra Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra İrana, xüsusən də iş adamlarının gələn rusiyalı turistlərin sayı dəfələrlə artıb. Əvvəllər İrana daha çox məhsullarını satmaq üçün gələnlər indi bu ölkəyə almaq üçün gəlirlər.

Xəbəri paylaş

VİDEOLAR