Kreml sözçüsü mətbuat konfransında İranda keçirilən prezident seçkiləri ilə bağlı deyib: “Rusiya İranla sıx əməkdaşlıq və müttəfiqlik əlaqələrini davam etdirməyə ümid edir.”
Az.rasthaber.com xəbər verir ki, Dmitri Peskov 8 iyul bazar ertəsi keçirdiyi mətbuat konfransında İranın yeni Prezidenti ilə bağlı suala cavab olaraq bildirib: “Rusiya İran xalqının seçiminə böyük hörmətlə yanaşır və İranın yeni Prezidentinə uğurlar arzulayır.”
Rusiyanın Prezident Aparatının mətbuat katibi İran və Rusiya arasında münasibətlərin inkişafının müsbət dinamikaya malik olduğunu bəyan edərək deyib: “Moskva Tehranla müxtəlif sektorlarda sıx tərəfdaşlığa əsaslanan münasibətləri davam etdirməyi gözləyir.”