Rusiya: İranın ərazi bütövlüyünə hörmət edirik

Rusiya: İranın ərazi bütövlüyünə hörmət edirik

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov İranın Moskvadakı səfiri Kazım Cəlali ilə görüşündə ölkəsinin İranın ərazi bütövlüyünə hörmət etdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, İranın Moskvadakı səfiri Kazım Cəlali dünən Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə ikitərəfli əlaqələri müzakirə edib.

Görüşdə Rusiya-Fars Körfəzi Əməkdaşlıq Şurasının yekun bəyannaməsində İranla bağlı əsassız iddialar da gündəmə gətirilib.

Rusiyalı diplomat ölkəsinin İranın milli suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR