İran, Rusiya və Çin arasındakı üçtərəfli görüşə toxunan Peskov, Moskvanın İranın sülhməramlı bir nüvə proqramı inkişaf etdirmək hüququna malik olduğuna inandığını bildirdi.
Az.rasthaber.com xəbər verir ki, Dmitri Peskov, İran, Rusiya və Çin arasında Pekində keçirilən üçtərəfli görüşə dair bu gün təşkil etdiyi mətbuat konfransında, İranın nüvə məsələsinə dair Rusiya, İran və Çin arasında keçirilən üçtərəfli görüşün nəticələrinə dair bütün lazımi hesabatların Putinə təqdim ediləcəyini söylədi.
Tesnim Xəbər Agentliyinin məlumatına görə, Peskov sözlərinə belə davam etdi: "İrana nüvə məsələsi ilə bağlı tətbiq edilən bütün sanksiyalar hüquqa ziddir. Bu məsələnin diplomatik yollarla həll edilməsi lazımdır."
Ryanavosti xəbər agentliyinin məlumatına görə Kremlin Sözçüsü, Moskvanın İranın sülhməramlı bir nüvə proqramı inkişaf etdirmək hüququna malik olduğuna inandığını bildirdi.
Pekində bu səhər Pekin vaxtı ilə İranın nüvə proqramını nəzərdən keçirmək üçün üç ölkənin xarici işlər nazir müavinlərinin iştirakı ilə İran, Rusiya və Çinin üçtərəfli görüşü keçirildi və bu mövzu ilə bağlı birgə bəyanat yayımlandı.
Yayımlanan birgə bəyanata görə üç ölkə, nüvə məsələsinə dair tək praktik və keçərli seçimin diplomatik, siyasi qarşılıqlı əlaqə və qarşılıqlı hörmət prinsipinə əsaslanan dialoq olduğunu bir daha vurğuladı.
Üç ölkə həmçinin Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının 2231 saylı qərarının və bu qərarda yer alan vaxt cədvəllərinin əhəmiyyətini vurğuladı və diplomatik səylər üçün uyğun mühit və şəraitin yaradılması məqsədi ilə əlaqədar tərəflərə, vəziyyəti gərginləşdirə biləcək hər cür hərəkətdən çəkinmələri çağırışını edib.
İran İslam Respublikasının Çin Səfiri Möhsün Bəxtiyar, X platformasındakı rəsmi hesabında, Pekində gerçəkləşən İran, Rusiya və Çin arasındakı üçtərəfli görüşə dair bunları yazdı: "İran İslam Respublikası, Çin və Rusiya olmaqla üç ölkə arasındakı strateji əməkdaşlıq təməlində, Xarici İşlər Nazir Müavinləri üçtərəfli görüşünün bu gün Pekində uğurla keçirildiyini bildirməkdən məmnunluq duyuram."
Davamında, "Hörmətli Qəribabadi, digər tərəflərlə məsləhətləşmələr apararaq və çox müsbət və konstruktiv fikir mübadiləsi edərək, ABŞ-ın birtərəfli və məcburedici sanksiyaları ilə mübarizə aparmaq üçün üç ölkənin əməkdaşlıq etməsinin zəruriliyi də daxil olmaqla önəmli beynəlxalq məsələlərdə üçtərəfli əməkdaşlığın inkişafı barədə çox önəmli və dəyərli razılaşmalara nail oldu" açıqlamasını verdi.