Rusiya: İran iyulun 4-də rəsmi olaraq ŞƏT-ə üzv olacaq

Rusiya: İran iyulun 4-də rəsmi olaraq ŞƏT-ə üzv olacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, İran iyulun 4-də rəsmi olaraq Şanxay Əməkdaşlıq Təşkilatına üzv olacaq.

Az.rasthaber.com xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov paytaxt Moskvada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) mənzil-qərargahının açılışı zamanı çıxışında deyib: “İyulun 4-də dövlət başçılarının sammitində İranın (ŞƏT-ə) tamhüquqlu üzvlüyü təsdiq olunacaq”.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) builki Sammiti iyulun 4-də Hindistanın ev sahibliyi ilə keçiriləcək.

Xəbəri paylaş

VİDEOLAR