Rusiya-İran hərtərəfli stateji sazişinin ƏSAS MÜDDƏALARI

Rusiya-İran hərtərəfli stateji sazişinin ƏSAS MÜDDƏALARI

Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian Kremldəki danışıqlardan sonra iki ölkə arasında hərtərəfli strateji həmkarlığa dair Sazişi imzalayıblar.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, razılaşmanın əsas müddəaları bunlardır:

  • Qarşılıqlı maraq doğuran bütün sahələrdə ticari-iqtisadi əməkdaşlığı qoruyub saxlamaq;
  • Birgə hərbi təlimlərin keçirilməsində sıx şəkildə qarşılıqlı əlaqədə olmaq;
  • Əgər tərəflərdən biri aqressiyaya məruz qalsa, digər tərəf aqressiyanın davamına səbəb olan təcavüzkara yardım göstərməməlidir;
  • Rusiya və İran onların ərazi bütövlüklərini təhdid edən separatçı hərəkatlara öz ərazilərindən istifadəyə yol vermirlər;
  • Rusiya və İran beynəlxalq terrorçuluq və digər çağırış və təhlükələrə qarşı mübarizədə əməkdaşlıq edirlər;
  • Ölkələr birtərəfli məcburedici tədbirlərin tətbiqinə qarşı mübarizə aparmaq niyyətindədir, bu cür addımların atılmasını beynəlxalq-hüquqazidd işlərin görülməsi hesab edir. Moskva və Tehran 3-cü ölkələrin bir-birinə qarşı sanksiyalarına qoşulmaqdan çəkinirlər, birtərəfli məcburedici tədbirlərin tətbiq edilməməsinə zəmanət verirlər;
  • Dezinformasiya və mənfi təbliğata qarşı mübarizə üçün iki ölkə KİV-lərinin əməkdaşlığına yardım edilməsinə dair razılaşıblar;
  • Təbii fəlakətlər və texnogen fəlakətlərin qarşısının alınmasında bir-birinə mümkün yardımın göstərilməsinə dair razılaşıblar;
  • Rusiyadan İrana gedən qaz borusu Azərbaycan ərazisindən keçəcək, tərəflər qiymətlə bağlı yanaşmada razılaşırlar;
  • 3-cü ölkələrdən asılı olmayan müstəqil ödəmə infrastrukturlarının yaradılması məqsədilə qarşılıqlı fəaliyyət göstərəcəklər;
  • Rusiya və İran, o cümlədən də nüvə energetikası obyektlərinin tikintisi də daxil olmaqla, dinc atom sahəsindəki birgə layihələrlə maraqlıdır;
  • Saziş 20 il müddətinə bağlanılıb və növbəti 5-illik dövlərdə avtomatik uzadılacaq.

Xəbəri paylaş

VİDEOLAR