Ötən gecə ərzində Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Ukraynanın göndərdiyi 45 PUA-nı məhv edib.
Az.rasthNNaber.com xəbər verir ki, məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Ukraynanın göndərdiyi təyyarə tipli pilotsuz uçuş aparatlarının 11 ədədi Moskva vilayəti, 23 ədədi Bryansk vilayəti, 6-sı Belqorod vilayəti, 3 ədədi Kaluqa vilayəti, 2-si də Kursk vilayəti üzərində məhv edilib.