Rusiya güc strukturları Dağıstanda iki silahlı şəxsi öldürdülər

Rusiya güc strukturları Dağıstanda iki silahlı şəxsi öldürdülər

Rusiya Federasiyasının Dağıstan Respublikasında 2 silahlı terrorçu məhv edilib.

Rasthaber Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Anti-terror Komitəsindən məlumat verilib.

“Quldurlara silahı yerə qoyaraq təslim olmaq təklif edilib. Cavab olaraq isə onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar və döyüş zamanı neytrallaşdırılıblar”, – deyə qeyd edilib.

Bildirilib ki, atışma baş verən yerdə avtomatik silah və döyüş sursatları, həmçinin istifadəyə hazır vəziyyətdə olan partlayıcı qurğu da aşkar edilib.

Xəbəri paylaş

VİDEOLAR