Rusiya G7-yə geri buraxılmayacaq

 Rusiya G7-yə geri buraxılmayacaq

Almaniyanın xarici işlər naziri deyib

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Heiko Maas Rheinische Post qəzetinə müsahibəsində Krımın Rusiya tərəfindən ilhaqı məsələsi və Ukraynanın şərqindəki vəziyyət həll olunmayana qədər Rusiyanın kluba qayıtmasının müzakirə mövzusu olmadığını deyib.

"Rusiyanın xaric edilməsinin səbəbi Krımın ilhaqı və Ukraynanın şərqinə müdaxilə idi. Bizim hələlik bu məsələ ilə bağlı qərarımız yoxdur, bunun üçün heç bir şans görmürəm" deyən nazir Rusiya ilə münasibətləri bir çox sahələrdə "çətin" adlandırıb.

"Ancaq biz də bilirik ki, Suriyadakı, Liviyadakı və Ukraynadakı münaqişələri həll etmək üçün Rusiyaya ehtiyacımız var. Sadəcə biz Rusiya ilə birlikdə Rusiyaya qarşı işləyə bilmərik" Maas deyib.

Xəbəri paylaş

VİDEOLAR