Rusiya dost olmayan ölkələrin siyahısını tutur - Putindən fərman...

Rusiya dost olmayan ölkələrin siyahısını tutur - Putindən fərman...

Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrin dost olmayan hərəkətlərinə qarşı təsir tədbirləri haqda fərman imzalayıb.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən bildirir ki, bu barədə Kremlin saytında deyilir. 

"Vladimir Putin "Xarici ölkələrin dost olmayan hərəkətlərinə qarşı təsir (əks-təsir) tədbirlərinin tətbiqi barədə" Fərman imzalayıb", - məlumatda qeyd olunur.

"RF hökuməti bu fərmanda göstərilən təsir (əks-təsir) tədbirlərinin tətbiq olunacağı dost olmayan xarici ölkələrin siyahısını hazrılamalıdır", - sayta yazılıb.

"RF-ə, RF vətəndaşları və ya Rusiyanın hüquqi şəxslərinə... qarşı dost olmayan fəaliyyət sərgiləyən xarici ölkələrin diplomatik nümayəndəlik və konsul idarələrinin, dövlət idarələri və müəssisələrinin Rusiya Federasiyası ərazisindəki fiziki şəxslərlə... əmək münasibətləri yarada biləcək əmək müqavilələri, işçilərin xidmət göstərəcəkləri haqda müqavilələr... digər mülki-hüquqi müqavilələr bağlaması məhdudlaşdırılmalıdır", - fərmanda deyilir.

Qeyd olunur ki, fərman rəsmən dərc olunduğu gündən qüvvəyə minir və onunla müəyyən olunan təsir tədbirlərinin ləğvinədək qüvvədə qalır.

Xəbəri paylaş

VİDEOLAR