Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlayıb
Rasthaber Azərbaycan NTV-yə istinadən xəbər veri ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Dəməşqdə keçirdiyi mətbuat konfransında bildirib ki, Suriya ərazisindəki bütün terror yuvaları tam məhv ediləcək.
O qeyd edib ki, Suriya beynəlxalq terrorçuluqla və “Suriya dövlətçiliyinin məhvi layihəsi fikri ilə yaşayanlarla” mübarizədə tab gətirə bilib.
“Hələ Suriya ərazisində qalan terrorçu yuvaları yox edilir və tamamilə məhv ediləcək”, – deyə Lavrov suriyalı həmkarı Valid Müəllim və Suriya prezidenti Bəşər Əsəd danışıqların yükununda bildirib.
Həmçinin o, Suriyanın sosial-iqtisadi bərpasının və bunun üçün beynəlxalq yardımın səfərbər edilməsinin mühümlüyünü qeyd edib.