Rusiya: Bəşər Əsədi dəstəkləməyə davam edirik

Rusiya: Bəşər Əsədi dəstəkləməyə davam edirik

Kremlin sözçüsü Suriyadakı son hadisələrə və bu ölkənin bəzi bölgələrində terrorçu qrupların hərəkətlərinə toxunaraq bildirib: “Rusiya Suriya Prezidenti Bəşər Əsədə dəstəyini davam etdirir.”

Az.rasthaber.com  xəbər verir ki, Dimitri Peskov 2 dekabr bazar ertəsi mətbuat konfransında əlavə edib: “Rusiya Suriyadakı vəziyyəti təhlil edir və vəziyyəti sabitləşdirmək üçün nəyin lazım olduğuna dair mövqe formalaşdıracaq.”

“Bununla bağlı müvafiq səviyyələrdə əlaqələrimizi davam etdiririk” - deyə, Peskov qeyd edib.
Eyni kontekstdə, TASS xəbər agentliyi, bazar ertəsi Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Andrey Rodenko jurnalistlərə deyib: “Hazırda bütün əsas oyunçularla (Suriyadakı vəziyyətlə bağlı), o cümlədən İran və Türkiyə təmsilçiləri ilə sıx və müntəzəm əlaqələrimiz var.”
Rusiya Xarici İşlər nazirinin müavini Suriya probleminin həlli ilə bağlı üçtərəfli görüşlərin perspektivi ilə bağlı deyib: “Belə bir görüşü istisna etmək olmaz.”

Xəbəri paylaş

VİDEOLAR