Rusiya Baydenin qardaşları da daxil olmaqla 200 amerikalıya sanksiya tətbiq edib

Rusiya Baydenin qardaşları da daxil olmaqla 200 amerikalıya sanksiya tətbiq edib

Rusiya Xarici İşlər Nazirliyi dünən ABŞ-ın Rusiya rəsmiləri və iş adamlarına qarşı yeni sanksiyalarına cavab olaraq, prezident Baydenin qardaşları da daxil olmaqla 200 amerikalıya ölkəyə giriş qadağası tətbiq etdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib:

“Rusiya Federasiyası Bayden administrasiyası tərəfindən təkcə Rusiya rəsmiləri, biznes və dövlət rəsmiləri, mədəniyyət xadimləri deyil, həm də bu və ya digər səbəbdən Vaşinqtonu məmnun etməyənlərə qarşı davamlı olaraq tətbiq edilən yeni fərdi sanksiyalara cavab olaraq, 200 ABŞ vətəndaşına ölkəyə giriş qadağası qoyulub".

Rusiyanın “Dayandırma siyahısı” adlandırdığı siyahıda ABŞ prezidenti Co Baydenin qardaşları, ABŞ hökuməti rəsmilərinin qohumları, hərbi sənaye şirkətlərinin prezidentləri və lobbiçilik fəaliyyəti ilə məşğul olan ictimaiyyətlə əlaqələr şirkətlərinin rəhbərləri yer alıb.

200 nəfərlik siyahıda prezident Baydenin bacısı Valeri Bayden Ouens və iki qardaşı Ceyms Brayan Bayden və Frensis Uilyam Bayden, həmçinin peyk fotoqrafiyası Maxar Technology şirkətinin baş vitse-prezidenti Kris Conson var.

Siyahıda diqqət çəkən adlar arasında Ağ Evin mətbuat katibi, ABŞ müdafiə naziri Ostinin həyat yoldaşı Karine Jan-Pierre və Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin bir müddət əvvəl hücuma məruz qalan həyat yoldaşı Pol Pelosi də var.

Xəbəri paylaş

VİDEOLAR