Rusiya: Bakı və Yerevan rəsmiləri Moskvaya gəlir

Rusiya: Bakı və Yerevan rəsmiləri Moskvaya gəlir

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova məlumat verib.

Rasthaber “Russia Today”-a istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan rəhbərlikləri Moskvada Qarabağdakı vəziyyətlə bağlı keçiriləcək məsləhətləşmələrdə iştiraklarını təsdiq ediblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova məlumat verib.

“Bakı və Yeravan Moskvadakı məsləhətləşmələrdə iştirakını təsdiq edib. Aktiv hazırlıq gedir”, – deyə o bildirib.

Zaxarova əlavə edib ki, konsultasiyalar xarici işlər nazirləri səviyyəsində keçiriləcək.

Xatırladaq ki, Rusiya Qarabağdakı vəziyyətə dair məsləhətləşmələr üçün Azərbaycan və Ermənistan XİN başçılarının 9 oktyabrda Rusiyaya dəvət edildiklərni bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR