Rusiya Azərbaycana 100 min dozadan çox Sputnik V peyvəndi göndərəcək

Rusiya Azərbaycana 100 min dozadan çox Sputnik V peyvəndi göndərəcək

Yaxın zamanda Rusiya Azərbaycana koronavirusa qarşı 100 min dozadan çox “Sputnik-V” vaksini göndərəcək.

Bu barədə Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko məlumat verib.

“Aprel-may aylarında 100 min dozadan çox “Sputnik-V” vaksinin gğndərilməsinə dair razılıq əldə olunub”, - Matviyenko cümə günü Moskvada Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova ilə görüş zamanı bildirib.

O qeyd edib ki, “pandemiyanı real olaraq dayandırılması, vətəndaşlarımızın həyatlarının xilas olunmasının yeganə yolu – kütləvi vaksinasiyadır”. “Və yalnız bir ölkədə deyil, ümumilikdə, bütün ölkələrdə keçərlidir ki, biz ünsiyyətdə ola bilək, biri-birimizə qonaq kimi səfərlər edə bilək”, - Matviyenko vurğulayıb.

Onun sözlərinə görə, Rusiya koronavirusa qarşı vaksini Azərbaycana nəinki tədarük etməyə hazır deyil, hamçinin vaksinin ölkəmizdə istehsalı məsələsi nəzərdən keçirilir. “Bu, nəinki əhalinin vaksinasiyasını, həm də ixracı təşkil etməyə imkan verəcək”, - spiker bildirib.

Xəbəri paylaş

VİDEOLAR