Amerika Dəməşqlə ərəb ölkələri arasında münasibətlərin yaxşılaşmasının qarşısını almaq məqsədi ilə kimyəvi hücum üçün yol axtarır və bunda Suriya hökumətini günahlandırır.
Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb ki, Amerika Dəməşqlə ərəb ölkələri arasında münasibətlərin normallaşması prosesini pozmaq üçün zəhərli kimyəvi maddələrdən istifadə etməyə hazırdır.
Sputnik xəbər agentliyinin məlumatına görə, bu qurumun direktoru Sergey Narışkin bu barədə açıqlama verib.
Narışnik deyib: “Anqlosakslar həmişə olduğu kimi, ərəb ölkələrini Bəşər Əsədlə danışıqlarının strateji səhv olduğuna inandırmaq üçün güclü media kampaniyası ilə öz hiylələrinə dəstək verməyə hazırlaşırlar”.
O əlavə edib: “Baydenin komandası ərəb-Suriya münasibətlərinin normallaşmasını pozmaq və Suriya rəhbərliyini gözdən salmaq üçün hər şeyi edir. Bu məqsədlə təxribat xarakterli hərəkətlər, o cümlədən kimyəvi maddələrin tətbiqi planlaşdırılır.