Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın Suriya siyasətinin bütün regiona təsir etdiyini, ABŞ-ın Suriyadakı hərbi mövcudluğunun beynəlxalq hüquqa zidd olduğunu bildirib.
Az.rasthaber.com xəbər verir ki, Anatoli Antonov deyib:
“ABŞ siyasəti Suriyadakı vəziyyətə və bu ölkənin ərazi suverenliyinə sabitlik və tarazlıq gətirmir, əksinə, bütün Yaxın Şərqdəki vəziyyətə mənfi təsir göstərir.
ABŞ-ın Suriya ərazisində terrorla mübarizə bəhanəsi ilə hərbi mövcudluğu beynəlxalq hüquqa ziddir və onu pozur".
Antonov ABŞ Müdafiə Nazirliyinin Rusiyaya qarşı “Suriya hava məkanında qeyri-peşəkar davranış” ittihamları ilə bağlı bunları da deyib: “Bu ittihamlar ədəb hüdudlarını aşır, çünki burada aviasiya qaydalarını pozan ABŞ-dır”.