Rusiya ABŞ hərbçilərinə cavab verdi - İnsidentin təfərrüatları məlum oldu - VİDEO

Rusiya ABŞ hərbçilərinə cavab verdi - İnsidentin təfərrüatları məlum oldu - VİDEO

Amerikalı əsgərləri qayıdınca ABŞ-ın uçan 2 döyüş təyyarəsi də ərazidən uzaqlaşıb.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, ilk dəfə Suriyanın şimal-şərqində Amerika Birləşmiş Ştatları (ABŞ) qüvvələri tərəfindən yolları bağlanmış Rusiya hərbçiləri Amerika əsgərlərini dayandıraraq bir müddət əvvəl baş vermiş insidentə cavab veriblər.

Rusiya əsgərləri terror təşkilatı YPG/PKK-nın işğalı altında olan Kamışlı şəhər mərkəzinə çatmaq istəyən ABŞ hərbçilərinin qarşısını kəsərək onların geri dönmələrinə səbəb olub.

  Yerli mənbələrdən əldə edilən məlumata görə, ABŞ əsgərləri olan 10 zirehli maşın Hasekedəki Rümeylan-Kamışdı xəttində patrul xidməti icra edərkən rayon mərkəzindən 20 kilometr şərqdə yerləşən Hazna qovşağında 9 zirehli maşınla gözləyən Rusiya əsgərləri tərəfindən dayandırılıb. ABŞ qüvvələri Kamıslının şimal-şərqindəki Rümeylana geri dönmək məcburiyyətində qalıblar.

  Amerikalı əsgərləri qayıdınca ABŞ-ın uçan 2 döyüş təyyarəsi də ərazidən uzaqlaşıb.

  Qeyd edək ki, Rusiya hərbçiləri yanvar ayından bəri Rümeylan neft yatağına çatmağa cəhd etsə də, ABŞ əsgərlərinin maneəsi ilə qarşılaşırdılar.

Xəbəri paylaş

VİDEOLAR