Birləşmiş Ştatlar gələcək münaqişələrə hazırlıq məqsədilə yeni regional ittifaqlar yaradır, Rusiya buna hər vasitə ilə qarşı çıxacaq.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Qriqori Maşkov məlumat verib.
Maşkov BMT-nin Nüvə, Kimyəvi və Bioloji Silahların Yayılmaması Komitəsinin işində iştirak edir.
Qlobal hökmranlıq sisteminin yaradılması, AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ arasında hərbi tərəfdaşlıq), ABŞ-Yaponiya, ABŞ-Cənubi Koreya ittifaqları - bütün bunlar onların qlobal problemlərinin həlli üçün regional sxemlərdir. ABŞ-ın müttəfiqlik əlaqələri olan bütün ölkələrə baxın, onlar səsvermə hüququnu itiriblər. Avropalılar öz regional təhlükəsizliklərini məhv etmək üçün hər şeyi ediblər. ABŞ-ın indi atdığı addımlar, əslində, gələcək münaqişə vəziyyətlərinə hazırlıqdır", deyə Qriqori Maşkov bildirib.
Onun sözlərinə görə, Rusiya “hər vasitə ilə buna qarşı çıxacaq”.