Rus və Türk rəsmiləri növbəti dəfə görüşdü

Rus və Türk rəsmiləri növbəti dəfə görüşdü

Rusiya və Türkiyə rəsmiləri görüşüb.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki,Rusiya və Türkiyə rəsmiləri görüşüb.

Rusiyanın Xarici İşlər Nazirliyində baş tutan iclasda iştirak Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini səfir Sədat Önal başçılıq edib.

Türkiyə və Rusiya arasındakı danışıqlar keçən həftə rejim güclərinin İdlibdəki Türk əsgərlərinin yerləşdirildiyi müşahidə nöqtələrinə hücumu və Soçi razılaşmasını pozmaları səbəbiylə başlamışdı. Həmin çərçivədə əvvəlcə Rusiya Xarici işlər nazirinin müavini səfiri Sergey Verşin və Rusiya Prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi səfir Aleksandr Lavrentyevin başçılıq etdiyi hərbi və kəşfiyyat nümayəndələrindən ibarət heyət paytaxt Ankarada görüşlər keçirdi.

Danışıqlarda Türkiyə nümayəndə heyəti Soçi konsensusunun pozulduğuna diqqət çəkdi və Rusiya Federasiyasının öhdəliklərinə əməl etməsini tələb etdi.

Baxmayaraq Türkiyənin tələbləri istiqamətində nəticə əldə edilmədi.

Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı oldu.

İki lider arasında baş tutan danışıqda isə regional məsələlər, xüsusilə İdlibdə cərəyan edən proseslərə toxunuldu.

Xatırladaq ki, Prezident Ərdoğan daha əvvəl verdiyi açıqlamada İdlib probleminin həllinin rejim qüvvəlirinin dərhal hücumlarının dayandırılması və daha əvvəl imzalanmış razılaşmalar çərçivəsində lazımla addımların atılmasından asılı olduğunu vurğuladı və əks halda fevral ayı sona çatmamış Türkiyənin  hərəkətə  keçəcəyinə diqqət çəkdi. Rusiya tərəfi isə İdlibdə terrorçuların qalib olmaycağını və onların mığlubiyyətinin qaçılmaz olmasını bildirmişdi.

Gərginlik davam etdi.

Xəbəri paylaş

VİDEOLAR